Avtomatik Yanğısöndürmə Sistemləri yanğının qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və yanğının söndürülməsi üçün istifadə olunur.

Onların danılmaz üstünlüyü ondan ibarətdir ki, onlar yanğın avtomatikası ilə aktivləşir və alovlanma mənbəyinin söndürülməsi insanın iştirakı olmadan həyata keçirilir.

Yanğının söndürülməsi xüsusi yanğınsöndürən maddənin buraxılması hesabına mümkündür.

Avtomatik sulu söndürmə sistemi (Sprinkler sistemi) anıcı maddə, rəf quruluşu olub olmadığı, donma riski olub olmaması, risk qrupu və buna bağlı olaraq tənzimlənən debit, boru montaj marşrutu, zəlzələ bölgəsində olub olmadığı kimi detallar nəzərə alınaraq hazırlanır. Bu istiqamətdə nozul modeli seçilir və nozulun partlayış temperaturu müəyyən olunur. Sprinkler söndürmə sistemlərinin modelinə görə ventil qrupları da tənzimlənir.

Yaş Borulu Sprinkler Söndürmə Sistemləri

Avtomatik sprinkler müəyyən bir su mənbəyinə bağlı olan və içərisində su olan boru sistemlərinə montajı edilmiş yaş borulu sprinkler söndürmə sistemlərində yanğın səbəbilə aşkara çıxan temperaturun təsirilə sprinkler açılır və su yanan maddə üzərinə intensiv şəkildə axır. Yanğın səbəbi ilə artan temperaturun təsiri ilə avtomatik olaraq hərəkətə keçən bu sistemdə suyun yağışa bənzər şəkildə yanıcı maddə üzərinə boşalması təmin edilir.

Quru Borulu Sprinkler Söndürmə Sistemləri

Bu sistemdə boru şəbəkəsinə su təchizatı və boru şəbəkəsi arasında yer alan ventili bağlı saxlayacaq şəkildə təzyiqli hava tətbiq olunur. Ya da bunun əvəzinə azot qazı bu bölgəyə doldurulur. Hava təzyiqi, şəbəkənin giriş hissəsinə yerləşdirilən bir vintillə avtomatik olaraq nəzarət edilir. Yanğın nəticəsində aşkara çıxan istilik, hər hansı bir sprinkleri aktiv vəziyyətə gətirir və boru şəbəkəsi içərisində olan təzyiq sürətlə düşür. Təzyiqin aşağı düşməsi ilə yanaşı quru boru şəbəkəsi girişində yer alan ventil avtomatik açılır və borular su ilə dolaraq, yanğın bölgəsinə doğru hərəkətə keçir. Yaş borulu sprinkler söndürmə sistemlərinin istifadə olunmadığı vəziyyətlərdə, daha aşağı temperaturlu bölgələrdə; Quru borulu sprinkler söndürmə sistemləri istifadə edilir.

Deluge Sprinkler Söndürmə Sistemləri

Yaş və quru borulu sprinkler söndürmə sistemlərinə bənzər bir quruluşda olan Deluge sprinkler söndürmə sistemlərində nəzarət ventili normalda qapalı olur. Ventil ayrı bir yanğın qəbul etmə sistemi vasitəsilə avtomatik olaraq hərəkətə keçərək açılır. Sürətli şəkildə yayılan yanğınların nəzarət altına alınmasında və qısa müddətdə böyük həcmdə suya ehtiyac duyulduğu hallarda üstünlük verilir. Eyni zamanda standart sprinklerin istifadə edildiyi bu sistemdə bütün sprinklerlər açıq vəziyyətdə gözləyir.

Preaction Sprinkler Söndürmə Sistemləri

Deluge sprinkler söndürmə sistemlərinə bənzəyən, ancaq sprinklerin açıq mövqedə olmadığı Preaction sprinkler söndürmə sistemlərində Sprinkler əriyəbilmə xüsusiyyətinə malik olan detallar ya da şüşə ampulalar vasitəsilə qorunur. Nəzarət ventili ön hərəkətli ventil vəzifəsi görür. Yanğın meydana gəlməsi nəticəsində yaranan istiliklə birlikdə ön hərəkət ventili açılır və boru şəbəkəsi su ilə dolur. Bu şəkildə yanan bölgəyə doğru hərəkətə keçir.